RU

Dünya iqtisadiyyatı TƏHLÜKƏDƏ - Deputatdan HƏYƏCAN TƏBİLİ

Millət vəkili Vüqar Bayramov Ajans.az-a bildirib ki, İran-İsrail müharibəsi beynəlxalq yükdaşımalara təsir göstərməkdədir. Nəzərə alsaq ki, Şimal-Cənub nəqliyyat dəhlizi İran üzərindən reallaşır. Eyni zamanda İranın körfəzə çıxış imkanları regional, beynəlxalq olaraq yükdaşımalara təsir göstərir.  Deputat qeyd edib ki, müharibə yüklərin İran üzərindən daşınmasına və eyni zamanda körfəz yüklərin həcminə təsir göstərə bilər. Lakin bu dünya iqtisadiyyyatı üçün arzuolunan deyil. Bəzi məhsulların təklifinin  və tələbinin ödənilməsinə neqativ təsir göstərə bilər. 

Adətən Yaxın Şərqdə baş verən müharibələr beynəlxalq yükdaşımalara neqativ təsir göstərir. Bu da bəzi məhsullara tələbin ödənilməsində çətinliklər yaradır. Ona görə də əgər müharibənin miqyası dərinləşərsə və Hörmüz boğazının bağlanması uzun( qısa və ya orta da ola bilər) müddəti əhatə edərsə, denya iqtisadiyyatında çətinliklər yaradacaq. Beynəlxalq yükdaşımalarda və bəzi ölkələrdə ərzaq məhsullarına olan tələbin ödənilməsində neativliklərə səbəb olacaq. Ümumi olaraq, müharibə dünya dövlətlərinin iqtisadiyyatını məhv edir.

Избранный
30
2
Ajans.az

2Источники