"Mançester Siti"nin türk əsilli almaniyalı futbolçusu İlkay Gündoğan karyerası ilə bağlı açıqlama verib.
Apasport.az xəbər verir ki, adı son günlərdə “Qalatasaray”la hallanan yarımmüdafiəçi hazırda “Mançester Siti”də qalmaqdan məmnun olduğunu bildirib:
“Mançester Siti ilə bir illik müqaviləm var və burada çox xoşbəxtəm. Fikrimcə, bunu hər kəs bilir. Özümə yaxşı baxdığım müddətcə yüksək səviyyədə bir neçə il daha oynaya biləcəyimə hələ də inanıram.”
Qeyd edək ki, Gündoğan ötən mövsüm “Barselona”nı tərk edərək “Mançester Siti”yə qayıtmışdı.
"Bavariya" israr edir, PSJ buraxmır
Dris Mertens karyerasını başa vurdu
Arda Güler Vinisiusu geridə qoydu
PSJ Donnarumma ilə danışıqları davam etdirir
Kurtua DÇ rekordunu təkrarlayıb