RU

Azərbaycan klubu bütün futbolçuları və texniki heyətlə yollarını ayırıb

2025/2026 mövsümündən etibarən Azərbaycan II Liqasında iştirak etmək hüququ qazanan "Şirvan" komandası bütün futbolçuları və texniki heyətlə yollarını ayırıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandada yer alan hər kəs hazırkı tarixdən etibarən sərbəst hesab edilir.

Ötən mövsüm bölgə təmsilçisinin heyətində çıxış etmiş bir neçə futbolçu ilə danışıqlar aparılacaq və yeni təkliflərin irəli sürüləcəyi bildirib.

Qeyd edək ki, "Şirvan" Azərbaycan II Liqasına vəsiqə uğrunda pley-off matçında "Lerik"ə 3:2 hesabı ilə qalib gəlib.

Избранный
17
9
report.az

10Источники