RU

Tramp: İranda bütün nüvə obyektləri məhv edilib

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranın yeraltında yerləşən bütün nüvə obyektlərinə ABŞ Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində maksimum zərər dəyib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə o, “Truth Social” platformasında paylaşım edib.

“Peyk görüntüləri göstərir ki, İranın bütün nüvə obyektələrinə maksimal zərər vurulub. ‘Məhv edilib’ ifadəsi tam dəqiqdir!” – deyə Tramp yazıb.

Dövlət başçısı əlavə edib ki, ən böyük dağıntılar yer səviyyəsindən xeyli aşağıda yerləşən obyektlərdə qeydə alınıb.

Избранный
2
12
nocomment.az

10Источники