RU

Beyləqanda dövlət qulluqçularının peşə bayramı qeyd olundu - Fotolar

Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı qeyd edilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının əməkdaşları və rayonun müxtəlif dövlət qurumlarında çalışan dövlət qulluqçuları, idarə və müəssisə rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Əziz Əzizov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, dövlət qulluğunun əhəmiyyəti və bu sahədə çalışan şəxslərin məsuliyyətli, şərəfli fəaliyyəti barədə fikirlərini bölüşüb. O, həmçinin Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının baş mühasibi-sektor müdiri Yeganə İzzət qızı Abbasovanın Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmasını xüsusi vurğulayıb, bu mükafatı dövlət qulluqçularına göstərilən yüksək diqqət və etimadın nümunəsi kimi dəyərləndirib.

Tədbirdə çıxış edən YAP Beyləqan rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri və digər natiqlər də dövlət qulluqçularını təbrik edərək, onların vəzifə borcunu vicdanla yerinə yetirməsinin cəmiyyət üçün nə qədər vacib olduğunu qeyd ediblər.

Daha sonra 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusu fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.

Tədbir Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun yekun nitqi ilə başa çatıb. O, bütün dövlət qulluqçularına gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onlara göstərdikləri xidmətlərə görə təşəkkürünü bildirib.













Избранный
18
qafqazinfo.az

1Источники