RU

Yeniyetmələrimiz 20-ci Beynəlxalq Elm Olimpiadasında 4 medal qazanıblar

Yeniyetmələrimiz

Bakı, 11 dekabr, AZƏRTAC

Tailandın Banqkok şəhərində keçirilən Yeniyetmələrin 20-ci Beynəlxalq Elm Olimpiadasında (2023) məktəblilərimiz uğurla çıxış ediblər.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, olimpiadada ölkəmizi təmsil edən komandanın üzvləri 3 gümüş və 1 bürünc olmaqla ümumilikdə 4 medal qazanıblar. Belə ki, Bakı şəhəri Kaspi liseyinin X sinif şagirdi İbrahim Valehli, Bakı şəhəri Kimya, biologiya təmayüllü respublika liseyinin X sinif şagirdləri Murad Xəlilzadə və Rəsul Ağakişiyev gümüş medal, Bakı şəhəri Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin X sinif şagirdi Dilarə Yaqublu isə bürünc medal əldə ediblər.

Избранный
577
50
azertag.az

10Источники