RU

Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 2 dəfə artıb

Bakı. Trend:

Azərbaycanda son 1 il ərzində sabit genişzolaqlı internetinmedian sürəti 2 dəfə artıb.

Trend Rəqəmsalİnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bubarədə nazir Rəşad Nəbiyevin Bakıda səfərdə olan “Ookla” şirkətininprezidenti və eyni zamanda baş icraçı direktoru Stefen Bay iləgörüşü zamanı bildirilib.

Məlumata görə, görüşdə İKT sahəsində əməkdaşlıq və birgəlayihələrin icrası müzakirə edilib.

Stefen Bay Azərbaycanda son 4 il ərzində genişzolaqlı internetəçıxış imkanının 4 dəfə artdığını və bunun əhəmiyyətli göstəriciolduğunu bildirib.

“Ookla” şirkətinin rəhbərliyi Azərbaycanda internet xidmətininkeyfiyyət göstəricilərinin operator və provayderlər tərəfindən“Speedtest” alətindən istifadə edilməklə ölçüldüyünüvurğulayıb.

Nəticələrə əsasən son 1 il ərzində sabit genişzolaqlı internetinmedian sürətinin 2 dəfə artdığını qeyd edib.

Избранный
48
az.trend.az

1Источники