SHOT Telegram kanalının yazdığına görə, onların meyitləri Uzlovaya şəhəri yaxınlığındakı Mayski və Rotkinski kəndləri arasındakı magistral yolda tapılıb. Hər iki şəxs güllə yarası alıb. Onlar avtomobildə olublar. Qurbanların həyatını xilas etmək mümkün olmayıb.
Hazırda hadisə yerində müstəntiqlər və əməliyyatçılar işləyir. Cinayətin bütün şəraiti, o cümlədən qətlin mümkün motivləri dəqiqləşdirilir.