RU

"Crocus"dakı terror aktı ilə bağlı cinayət işinin istintaqı başa çatıb

Rusiya İstintaq Komitəsi "Crocus City Hall"da baş verən terror aktı ilə bağlı cinayət işinin istintaqını başa çatdırıb.Bu barədə Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko Rusiya KİV-lərinə bildirib.

Onun sözlərinə görə, təqsirləndirilən şəxslər silah və döyüş sursatlarının, həmçinin partlayıcı maddələrin qanunsuz dövriyyəsində, partlayıcı qurğuların yenidən düzəldilməsində, terror aktına hazırlıqda və bir sıra digər məsələlərdə ittiham olunurlar.

Petrenko həmçinin bildirib ki, 19 təqsirləndirilən şəxsə qarşı cinayət işi məhkəməyə göndərilmək üçün prokurora təqdim edilib. İki təşkilatçı və terror təşkilatının dörd üzvünə qarşı ilkin istintaq davam edir.

Избранный
20
5
anews.az

6Источники