Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO dövlət və hökumət başçılarının iclasında iştirak etmək üçün sabah Niderlanda gedəcək.Bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fəxrəddin Altun bildirib.
“Sammitdə Avro-atlantik coğrafiyasına təhlükə və risklər barədə strateji fikir mübadiləsi aparılacaq. Bundan əlavə, NATO-nun müəyyən etdiyi əsas təhdidlərə qarşı çəkindirmə və müdafiə sahəsində Alyansın səyləri qiymətləndiriləcək”, - o bildirib.
Altun qeyd edib ki, Ərdoğan səfər çərçivəsində dövlət və hökumət başçıları ilə də görüşəcək.