UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq “Sabah” (Azərbaycan) – “Çelye” (Sloveniya) qarşılaşmasının biletləri artıq satışdadır.
Futbolpress.az xəbər verir ki, “Sabah”ın avrokuboklarda ev oyununu stadiondan canlı izləmək istəyən şəxslər biletləri onlayn şəkildə “iticket.az” saytından əldə edə bilərlər.
“Bank Respublika Arena”nın kassalarında və başqa satış məntəqələrində bilet satışlarına da qarşıdakı günlərdə “İticket.az” başlanması nəzərdə tutulub.
Qeyd edək ki, “Sabah” – “Çelye” matçı iyulun 10-da, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq.