RU

Nataniel Fillips “Liverpul”u Çempionşip klubuna dəyişdi

İngiltərənin “Liverpul” komandasının müdafiəçisi Nataniel Fillips bundan sonra karyerasını “Vest Bromviç”də davam etdirəcək.

Arena.az bu barədə Çempionşip klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Transferin detalları barədə məlumat verilməyib. Mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Nataniel Fillips 2016-cı ildən “Liverpul”da idi. O, 2019-cu ildən klubun əsas komandasında forma geyinirdi. İngilis mərkəz müdafiəçisi bu komandada meydana çıxdığı 29 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

28 yaşlı futbolçu “Derbi Kaunti”, “Ştutqart”, “Kardiff Siti”, “Bornmut”, “Seltik” kimi klublarda da forma geyinib.

“Transfermarkt” internet-portalı 28 yaşlı müdafiəçinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Избранный
20
arena.az

1Источники