RU

Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyindən hücuma-REAKSİYA

Səudiyyə Ərəbistanı Krallığı qardaş Qətər Dövlətinə qarşı İran tərəfindən həyata keçirilmiş təcavüzü ən sərt şəkildə qınayır və pisləyir.

Musavat.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd edilib ki, bu, beynəlxalq hüququn və yaxşı qonşuluq prinsiplərinin kobud şəkildə pozulmasıdır və heç bir halda əsaslandırıla bilməyəcək tamamilə yolverilməz hərəkətdir.

Krallıq Qətər Dövlətinə tam həmrəyliyini və dəyişməz dəstəyini ifadə edir və Qətər tərəfinin atacağı istənilən addımları dəstəkləmək üçün bütün imkanlarını onun ixtiyarına verir,deyə bəyanatda bildirilib.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

42be2bf5-a8a6-4e92-be20-a2c36e9f9c1e.jpeg

Избранный
37
3
musavat.com

3Источники