RU

Ərəb ölkələri və Türkiyə İranın ABŞ bazasına hücumunu pislədi

Musavat.com xəbər verir ki, İranın Qətərdə yerləşən ABŞ-ın Əl-Üdeyd Hərbi Hava Bazasına ballistik raketlərlə hücumu bir sıra region dövlətlərinin kəskin reaksiyasına səbəb olub.

Bəhreyn, Küveyt, Oman, Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Livan və Türkiyə bu hücumu pisləyən bəyanatlar yayımlayıb.

Açıqlamalarda İranın bölgədəki sülh və sabitliyi təhdid edən davranışlarından narahatlıq ifadə olunub və bütün tərəflər təhlükəli eskalasiyadan çəkinməyə çağırılıb. 

 

Musavat.com

Избранный
58
43
musavat.com

10Источники