RU

"Sabah" - "Selye" oyununun biletləri SATIŞDA

"Sabah"ın Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Selye”yə (Sloveniya) qarşı keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Biletlərin satışı iticket.az saytı vasitəsi ilə həyata keçirilir.

Biletlər yaxında matçın oynanılacağı “Bank Respublika Arena”nın kassalarında da satışda olacaq. 

Qeyd edək ki, sözügedən görüş iyulun 10-da keçiriləcək və saat 20:00-da start götürəcək.

Избранный
19
4
bakivaxti.az

5Источники