Redaktor.az saytına istinadən ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrail və İran yaxın saatlarda tam atəşkəs barədə razılığa gəliblər.
Redaktor.az xəbər verir ki, Amerika lideri "Truth" sosial şəbəkəsində yazıb:
“İsrail və İran 12 saat ərzində tam atəşkəs (təxminən 6 saat sonra, İsrail və İran hazırkı və son əməliyyatlarını başa vurduqdan sonra!) olacağına dair tam razılığa gəliblər və bu zaman müharibə başa çatmış hesab olunacaq”.
"İran rəsmi olaraq atəşkəsə başlayacaq, 12-ci saatda İsrail atəşkəsə başlayacaq və 24-cü saatda dünya 12 günlük müharibənin bitməsini qeyd edəcək”, - o əlavə edib.
Turan İSMAYIL
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.