Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan 24-25 iyun tarixlərində Haaqada keçiriləcək NATO Dövlət və Hökumət Başçıları Zirvə toplantısında iştirak edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə prezidentinin sözçüsü Fahrettin Altun bildirib.
"Prezident Rəcəb Tayyib Ərdoğan Haaqada keçiriləcək NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısında iştirak etmək üçün 24-25 iyun tarixlərində Hollandiya Krallığına səfər edəcək. Zirvə toplantısında risk və təhdidlər ətrafında fikir mübadiləsi aparılacaq. Sammitdə müttəfiqlərin müdafiə xərclərini cari təhlükəsizlik mühitinin tələb etdiyi səviyyəyə çatdırmaq üçün Avro-Atlantik coğrafiyası yeni bir Müdafiə İnvestisiya Öhdəliyi qəbul ediləcək”.