RU

Paris Hilton 63 milyon dollara yeni ev aldı

Paris Hilton amerikalı aktyor Mark Uolberqin Los-Ancelesdəki evini satın alıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, o evə 63 milyon dollar ödəyib. Evin ərazisində 2,835 m²dir və evdə 12 yataq otağı, 20 vanna otağı, idman meydançası (basketbol-tennis), skeytbord parkı, 5 deşikli qolf meydançası, sürücülük meydançası, su sürüşmələri olan kurort tipli hovuz, şərab və siqar zirzəmisi, iki mərtəbəli kitabxana, kinoteatr və peşəkar idman zalı var.

Избранный
5
1
sia.az

2Источники