RU

Azərbaycanda Ani Ödənişlər Sistemi vasitəsilə icra edilən əməliyyatların sayı artıb

Bakı. Trend:

Birbaşa bank hesabları üzərindən 24/7 rejimli ödənişlərinemalına imkan verən Ani Ödənişlər Sisteminin inkişafı istiqamətindəişlər davam etdirilir.

Trend xəbər verir ki, bunu Azərbaycan MərkəziBankının İdarə Heyətinin üzvü Vüsal Xəlilov bu gün Bakıda keçirilən“FINTEX SUMMIT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi”ndə çıxışızamanı deyib.

O bildirib ki, sistemin əhatə dairəsi, texniki dayanıqlılığı vəfunksionallığı artırılaraq, istifadəçilərə daha sürətli və rahatödəniş imkanları təqdim edilir.

"2024-cü ilin ilk dörd ayı ilə 2025-ci ilin müvafiq dövrümüqayisə edildikdə, Ani Ödənişlər Sistemi vasitəsilə icra edilənəməliyyatların sayında 40%-dən çox artım müşahidə edilib. Sözügedəngöstəricinin artım dinamikasını yaxından izləyir və növbəti aylardaindikator üzrə müsbət trayektoriyanın davam edəcəyiniproqnozlaşdırırıq", - deyə V. Xəlilov qeyd edib.

Məqalədə:
Избранный
24
7
az.trend.az

8Источники