RU

İsraildən 20 İran generalına sui-qəsd xəbərdarlığı – Telefon danışıqları yayıldı: "Qaçmaq üçün 12 saatınız var"


İsrailin 13 iyunda başlatdığı hücumlar İranda təhlükəsizliklə bağlı ciddi problemləri də ortaya çıxardı. HƏMAS lideri Haniyənin Tehranda öldürülməsindən sonra İsrail son 10 gündə 20 yüksək rütbəli iran rəsmisini öldürüb.

Bu arada, ABŞ-ın “Washington Post” qəzeti, MOSSAD agentlərinin İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) 20 yüksək rütbəli komandiri ilə telefonla əlaqə saxladığını və onlara İrandan qaçmaq üçün 12 saat vaxt verdiyini, əks halda onların və ailələrinin öldürüləcəyini bildirən audio fayl yayıb. Qəzet xəbrində İsrail kəşfiyyatının əməkdaşlarının yüksək səviyyəli İran rəsmiləri ilə telefon danışıqları ilə bağlı 3 İsrail mənbəsindən əldə edilən məlumatlara yer verib.

İsrail kəşfiyyatçısı səs yazısında ölkə liderlərinə yaxın olan yüksək səviyyəli iranlı generala "İndi sizə məsləhət verə bilərəm, arvad-uşağınızla qaçmaq üçün 12 saat vaxtınız var. Əks halda, indi bizim siyahımızdasan" dediyi bildirilir. Səs yazısı bir israilli tərəfindən, Xamneyiyə yaxın olan digər yüksək rütbəli iranlı məmura edilən ikinci sui-qəsd xəbərdarlığı ilə bilrikdə paylaşılıb.

İran hökuməti ilə əlaqələri kəsən bir video çəkmək üçün 12 saat vaxtının olduğu söylənən İran rəsmisinin “Bunu necə göndərməliyəm?” sualına isə İsrail kəşfiyyat əməkdaşı “Telegram ID-sini göndərəcəm” deyə cavab verir.

ABŞ mətbuatı səs yazısı ilə bağlı İsrailin baş naziri Benyamin Netanyahunun ofisində heç bir açıqlama ala bilməyib.

TAHİR

Избранный
4
baki-xeber.com

1Источники