RU

Dominikan sahilində güclü zəlzələ baş verib

Atlantik okeanında Dominikan Respublikası sahilində 5,7 maqnitudalı zəlzələ olub.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar bazar ertəsi yerli vaxtla saat 22:45-də (Bakı vaxtı ilə çərşənbə axşamı saat 06:45-də) təxminən 100 min əhalisi olan Punta Kana turizm şəhərciyindən 64 km şimal-şərqdə qeydə alınıb.

Təbiət hadisənin ocağı 18 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.
 
 

Избранный
36
4
7news.az

10Источники