RU

Ləğv prosesində olan bankın əmlakı 90 000 manatla satışa çıxarılır

Ləğv prosesində olan “Royalbank” ASC-yə məxsus daşınmaz əmlak hərraca çıxarılacaq.

Valyuta.az xəbər verir ki, əmlak ilkin satış qiyməti 90 000 manat təşkil edir. 

Açıq hərrac 16 iyul tarixində “Bakı Hərrac Mərkəzi”ndə keçiriləcək.

Hərraca çıxarılan əmlak Abşeron rayonu, Novxanı kəndi, Şəhid İlqar Abdullayev küçəsi, ev 1 ünvanında yerləşir. Ümumi sahəsi 190.85 kvadratmetr olan fərdi yaşayış evi 0.06 hektar torpaq sahəsində tikilib.

Mayya Hüseynova 

Избранный
42
valyuta.az

1Источники