RU

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 181 Bakı şəhəri, 18 iyun 2025-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 584 nömrəli Qərarı ilə təsdiq edilmiş “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 sentyabr tarixli 374 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının strukturu”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 584 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2017, №12 (II kitab), maddə 2531 (Cild I); 2024, №5 (II kitab), maddə 602) ilə təsdiq edilmiş “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nın 2.10-cu bəndi ləğv edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 sentyabr tarixli 374 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, 
№ 9, maddə 1107 (Cild I); 2024, №1, maddə 97) ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının strukturu”nun 2.11-ci bəndi ləğv edilsin.

3. Azərbaycan Milli Elmlər Akademiyası bu Qərardan irəli gələn məsələləri həll etsin.

Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri

 

Избранный
14
xalqqazeti.az

1Источники