RU

Moskva-Kiyev danışıqlarının üçüncü raundu... – Vodolatski

Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundunda hərbi əsirlərin mübadiləsi də diqqət mərkəzində olacaq.

Turkustan.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının üzvü Viktor Vodolatski deyib.

“İnanıram ki, qarşıdan gələn danışıqlar yenə humanitar məsələlərin davamı olacaq, bu, əsirlərin mübadiləsidir. İnsanlar işgəncələrdən, zorakılıqlardan, qəddarlıqdan sonra xəstəxanalarımızda müalicə olunaraq ailələrinin yanına qayıtdıqda bu, çox yaxşıdır”, - o bildirib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında hələlik birbaşa görüşdən söhbət getmir:
“Üstəlik, bunun baş verəcəyi ehtimalı azdır”. /axar.az/

Избранный
20
2
turkustan.az

3Источники