RU

Yasamal RİH-də Dövlət Qulluqçuları Günü qeyd edilib - FOTOLAR

Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Yasamal Rayon İcra Hakimiyyətində təntənəli toplantı keçirilib.

"Unikal" xəbər verir ki, öncə Rayon İcra Hakimiyyətinin inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyuldu, əziz xatirəsi yad edildi.Tədbirdə dövlət himni səsləndirildi, Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra iclası giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova dövlət qulluqçularını təbrik etdi və onlara fəaliyyətlərində uğurlar arzuladı. Bildirildi ki, bu gün dövlət qulluqçusu olmaq böyük şərəf və məsuliyyətdir, çünki dövlət qulluqçusu bütün cəmiyyət qarşısında məsuliyyət daşıyır.

Yasamal Rayon İcra Hakimiyyətinin kollektivi qarşısında çıxış edən İcra başçısı Elşad Həsənov bildirdi ki, biz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dövründə yaşadığımıza görə xoşbəxt insanlarıq, çünki qalib dövlətin qalib vətəndaşlarıyıq. Elşad Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır” kəlamını xatırlatdı və hər bir dövlət qulluqçusunun öz gündəlik fəaliyyətində bu prinsipi rəhbər tutmalı olduğunu vurğuladı.  Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov hər bir dövlət qulluqçusunun yüksək etik qaydalara və nümunəvi davranışa riayət etməli olduğunu qeyd etdi. 

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı  Azərbaycanda dövlət aparatı sisteminin Ulu Öndər Heydər Əliyev tərəfindən təsis edildiyini xatırladaraq bu gün dövlətin vətəndaşların maraq və mənafelərinin keşiyində durduğunu qeyd etdi. Bildirildi ki, hər bir dövlət qulluqçusu Ulu Öndərin zəngin dövlətçilik təcrübəsini öyrənməli və gündəlik fəaliyyətində tətbiq etməlidir.

Daha sonra tədbirdə çıxış edən Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal RİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov,Bakı şəhər idman və gənclər idarəsinin Yasamal rayonu üzrə idman və gənclər sektorunun müdiri İlham Səfərov Dövlət Qulluqçularının Peşə Gününün əhəmiyyətindən söhbət açdılar, öz arzu və diləklərini ifadə etdilər.

Daha sonra Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə fəxri fərmanlarla təltif olundular.Sonda xatirə fotosu çəkildi.

Избранный
11
2
unikal.az

9Источники