RU

QAİ Ermənistan XİN-in bəyanatını qınayıb

Qərbi Azərbaycan İcması İslam Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının Qərbi Azərbaycan məsələsi ilə bağlı İstanbulda qəbul etdiyi qərarlara münasibətdə Ermənistan Xarici İşlər Nazirliyinin iyunun 23-də verdiyi bəyanatı sərt şəkildə qınayır.

Ermənistan XİN sözügedən bəyanatında Qərbi azərbaycanlıların Ermənistandan, guya, könüllü köçdüklərini, Ermənistan tərəfindən onlara kompensasiya ödəndiyini və bu ölkədəki Azərbaycan mədəni irsinin qorunduğunu iddia edir. Ermənistandan zorla çıxarılmış azərbaycanlıları özündə birləşdirən Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin bu bəyanatının başdan-başa yalan olduğunu bildirir.

“Azərbaycanlıların Ermənistandan bu ölkənin hakimiyyət orqanlarının birbaşa iştirakı ilə, zor tətbiq etməklə çıxarılması hamıya məlum olan faktdır. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın azərbaycanlıların Ermənistandan qovulmasını “tarixi uğur” kimi təqdim etməsi, sözügedən faciənin Ermənistanın dövlət siyasəti olduğunu göstərir. 

Ermənistan ərazisindəki müsəlman irsi ilə bağlı qeyd edək ki, bu ölkə ərazisində dövlət qeydiyyatına alınmış 269 məsciddən 268-i, 700-ə yaxın məzarlıq isə yer üzündən silinib”, - deyə bəyanatda bildirilir.

XQ

 

Избранный
6
6
xalqqazeti.az

10Источники