RU

Ağstafada region gənclərinin konfransı keçirildi - FOTOLAR

Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenliyimizin qorunmasında ordumuzun rolu” mövzusunda region gənclərinin konfransı keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, “N” saylı hərbi hissənin əsgər və zabit heyəti, Ağstafa, Gədəbəy, Şəmkir, Tovuz, Qazaxdan olan gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb. Daha sonra iştirakçılar Qazax, Ağstafa, Tovuz Gənclər Evləri SXM-nin birgə təşkil etdiyi sərgi ilə tanış olublar. Konfrans Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Ağstafa RİH başçısı Seymur Orucov və digər natiqlər Konstitusiyanın dövlətin hüquqi-siyasi təməli və ordunun suverenliyin qorunmasında mühüm rolundan danışıblar. Qeyd olunub ki, 44 günlük Vətən Müharibəsi zamanı ordumuzun qəhrəmanlığı nəticəsində ölkəmizin suverenliyi bərpa olunub. Güclü və peşəkar ordu dövlətin əsas dayaqlarındandır. Tədbir gənc ifaçıların vətənpərvərlik mahnıları ilə davam edib, sonda iştirakçılarla xatirə şəkli çəkdirilib.

 

Избранный
5
unikal.az

1Источники