RU

“Neftçi” Filip Ozobiçlə yollarını ayırdı

“Neftçi” komandası futbolçusu Filip Ozobiçlə yollarını ayırıb.

Klubdan Bizim.Media-ya verilən məlumata görə, təcrübəli oyunçu ilə başa çatan müqavilə yenilənməyib.

Qeyd edək ki, 2023-cü ilin yayından “ağ-qaralar”da çıxış edən Ozobiç bu müddətdə 70 rəsmi oyunda 16 qolla yadda qalib.

Bizim.Media

Избранный
9
1
bizim.media

5Источники