RU

"Mançester Yunayted" skaut heyətini ixtisar edib

"Mançester Yunayted" uzun illərdir transfer siyasətində müşahidə olunan uğursuzluğa son qoymaq məqsədilə skaut şəbəkəsinin miqyasını kəskin şəkildə azaldıb.

Operativ Media xəbər verir ki, bu barədə Daily Mirror məlumat yayıb.

Mənbənin məlumatına görə, klub yeni skaut şəbəkəsinin formalaşdırılması barədə qərar qəbul edib və bu məsuliyyət Kristofer Vivellə həvalə olunub. O, daha əvvəl "Leypsiq" və "Çelsi" klublarında çalışıb.

Əvvəllər "Mançester Yunayted"in skaut heyətində təxminən 100 mütəxəssis yer alırdı. Son bir il ərzində klubdan onlarla skaut ayrılıb və iki mərhələli ixtisar həyata keçirilib.

Xatırladaq ki, "Mançester Yunayted" 2024/25 mövsümünü Premyer Liqada 15-ci pillədə başa vurub.

Избранный
8
operativmedia.az

1Источники