TBİLİSİ, 24 iyun. TELEQRAF
Bu gün səhər Tbilisidə və regionlarda narkotik alverçilərinə qarşı geniş miqyaslı əməliyyat keçirilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Gela Geladze brifinqdə bildirib.
Onun sözlərinə görə, nəticədə narkotik cinayətləri ilə məşğul olan 18 nəfər saxlanılıb, onların bəziləri narkotik vasitələrin satışında, bəziləri isə qanunsuz olaraq əldə edilməsi və saxlanılmasında ittiham olunurlar.
İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər sistematik olaraq narkotik vasitələrin qanunsuz satışını təşkil ediblər. Onlardan külli və xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr və əldə edilən pul vəsaitləri maddi sübut kimi götürülüb.
Saxlanılan şəxsləri 20 ilədək və yaxud ömürlük həbs cəzası gözləyir.