RU

Qaret Beyl klub almaq istədiyini təsdiqləyib

Idman.biz saytına istinadən ain.az xəbər verir.

Uels millisinin sabiq futbolçusu Qaret Beyl öz ölkəsində klub sahibi ola bilər.

İdman.biz xəbər verir ki, o, doğulduğu şəhəri təmsil edən “Kardiff Siti”nin səhmlərinə yiyələnmək istədiyini təsdiqləyib.

“Tottenhem” və Madrid “Real”ında oynamış ulduz klubu İngiltərə Premyer Liqasına yüksəltməyi hədəflədiyini də açıqlayıb. Onun sözlərinə görə, Çempionşipdən bu il I Liqaya düşən “Kardiff Siti” yenidən layiq olduğu çempionatda mübarizə aparmalıdır.

Qeyd edək ki, “Kardiff Siti” Uels çempionatında deyil, İngiltərədə oynayır. Komanda 2018/2019 mövsümündə Premyer Liqanı tərk edib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
9
1
icma.az

2Источники