Bakı. Trend:
Dövlət qulluqçularının reyestrinin aparılması qaydasınınpozulmasına dair cərimələr müəyyənləşdirilir.
Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasındamüzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsihaqqında qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, dövlət qulluqçularının reyestrinəsəlahiyyətli vəzifəli şəxs tərəfindən daxil edilməli olanməlumatların qanunvericiliklə müəyyən edilmiş müddətdə daxiledilməməsinə və ya məlumatlarda dəyişiklik edilməməsinə görəvəzifəli şəxslər 300 manatdan 600 manatadəkməbləğdə cərimə ediləcək.
Yuxarıda nəzərdə tutulmuş inzibati xətanın inzibati tənbeh almışsəlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati tənbeh verməhaqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrartörədilməsinə görə vəzifəli şəxslər 700 manatdan 1000manatadək məbləğdə cərimə ediləcək.
Yuxarıdakı abzaslarda “səlahiyyətli vəzifəli şəxs” dedikdədövlət orqanının (qurumunun) Dövlət qulluqçularının reyestrindəqeydiyyatdan keçmiş və müvafiq hüquqlar verilmiş məsul şəxslərinəzərdə tutulacaq.
Qanun layihəsi səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.