RU

Misir İran və İsraili atəşkəs razılaşmasına əməl etməyə çağırıb

Misir İran və İsrail arasında atəşkəs razılaşmasını alqışlayıb və hər iki tərəfi ona hörmət etməyə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Misir İran və İsrail arasında ABŞ prezidenti Donald Trampın elan etdiyi atəşkəs razılaşmasını alqışlayır. Biz həm İsrail, həm də İran tərəfini atəşkəsə hörmətlə yanaşmağa və maksimum təmkinli olmağa çağırırıq", - Misir Xarici İşlər Nazirliyinin mətbuat bəyanatında deyilir.

Nazirlik əlavə edib ki, sazişi iki ölkə arasında hərbi münaqişəyə son qoyulması və regionda vəziyyətin sabitləşdirilməsində dönüş nöqtəsi hesab edir.

Избранный
49
14
operativmm.az

10Источники