RU

Lənkəranda dəmir yolu xəttin bir addımlığında restorana hansı məmur icazə verib? Video

Hurriyyet portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qanunsuz tikintilərlə bağlı mütəmadi,mətbuatda və sosial platformalarda xəbərlər dərc olunmaqdadır.

Cavabdeh qurumlar  qanunsuz tikintilərlə mübarizə aparılmasına baxmayaraq bəzi hallarda belə tikintiləri    məmurlar himayə edir və qeyri-rəsmi “icazə”si verilir.

Hurriyyet.az "XALQ"a istinadən xəbər verir ki, Lənkəran şəhərində dəmir yolu kənarında restoran fəaliyyət göstərir. Görüntülər sosial şəbəkələrdə yayımlanıb.

Belə ki, Lənkəranda  dəmir yolu xəttinin bir addımlığında  açıq havada restoranın bir hissəsi dəniz sahilində,digər hissəsi isə dəmir yolu relslərinin qarşısında tikilib və fəaliyyət göstərir.

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yollarnda münasibət öyrənmək mümkün olmadı,   Dövlət Şəhərsalma və Arxitektura Komitəsinindən də eyni qaydada heç bir açıqlama verilmədi.

Qeyd edək ki, Azərbaycan Dəmir Yollarnda QSC-nin sədri Rövşən Rüstəmovdur.

Qurumların mövqeyini dərc etməyə hazırıq.

Həmin görüntüləri təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
21
3
hurriyyet.az

4Источники