ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 24 iyun, AZƏRTAC
Növbəti mövsüm Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Neftçi"nin qadın futbolçulardan ibarət komandasının turnirdəki rəqibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, “ağ-qaralar” dördüncü qrupda Türkiyənin “Fomget” kollektivi ilə qarşılaşacaq.
Siyasət Əsgərovun komandası yarımfinalda türkləri məğlub edəcəyi halda finalda İsrail təmsilçisi "Kiryat"la münasiblərini aydınlaşdıracaq.
Qeyd edək ki, “Neftçi” yarımfinal mərhələsindəki matçını iyulun 30-da səfərdə keçirəcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.