İsveç Almaniyanın Diehl BGT Defence istehsalçısından IRIS-T SLM hava hücumundan müdafiə sistemləri alacaq. Müqavilənin dəyəri 9 milyard kron (790 milyon avro) təşkil edir.
Herbiand.az bildirir ki, bu barədə İsveçin baş naziri Ulf Kristersson və müdafiə naziri Pol Yonson məlumat verib.
“İndi bizim əvvəllər malik olmadığımız imkanlar olacaq - hərbi vəziyyətdə yarana biləcək təhlükələri dəf etmək qabiliyyəti”, - Kristersson deyib.
O, həmçinin qeyd edib ki, IRIS-T sistemi Ukraynada özünü çox yaxşı sübut edib.
İsveç əlavə avadanlıqla birlikdə 7 sistem alacaq. Müqavilənin dəyərinə logistika və texniki xidmət də daxildir. Çatdırılmalar 2028-ci ildə başlayacaq.
Bəxtiyar CƏFƏRLİ