Ağdərə, 24 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Köçkünlük illərində çətin günlər görmüşük. Bu gün doğma yurda qayıdırıq, artıq bütün çətinliklər arxada qalıb.
Bu sözləri AZƏRTAC-ın bölgə mübxirinə açıqlamasında Ağdərə rayonunun Həsənriz kəndinə qayıdan keçmiş məcburi köçkün Salman Abışov deyib.
“Bu günə şükürlər olsun, doğma torpağımıza – Qarabağa qayıtmışıq. Allah Prezidentimizi, Ordumuzu, dövlətimizi qorusun. Allah şəhidlərimizə rəhmət eləsin, Bayrağımız hər zaman zirvələrdə olsun”, - deyə o əlavə edib.