RU

"Araz-Naxçıvan"ın rəqibi heyətinə yeni müdafiəçi cəlb edib

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Araz-Naxçıvan”ın rəqibi olan Yunanıstanın “Aris” klubu heyətinə yeni futbolçu cəlb edib.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Saloniki təmsilçisi portuqaliyalı mərkəz müdafiəçisi Pedro Alvaro ilə müqavilə imzalayıb.

25 yaşlı futbolçu Yunanıstana Portuqaliyanın “Eştoril” klubundan transfer olunub. Müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Qeyd edək ki, Pedro Alvaro Portuqaliyanın U-20 yığmasında da forma geyinib və müdafiənin mərkəzində etibarlı oyun göstərməsi ilə tanınır.

Xatırladaq ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki qarşılaşmalar 24 və 31 iyul tarixlərində baş tutacaq. “Araz-Naxçıvan” ilk oyunu evdə, cavab matçını isə səfərdə keçirəcək.

 

Избранный
31
90deqiqe.az

1Источники