RU

Qaret Beyl “Kardiff Siti”ni satın almaq istədiyini təsdiqlədi

Futbolçu karyerasına xitam vermiş Uels millisinin keçmiş cinah hücumçusu Qaret Beyl “Kardiff Siti”ni satın almaq istədiyini bəyan edib.

Arena.az bu barədə “Goal” dərgisinə istinadən məlumat verir.

Amerikan fərdi sərmayədarların dəstəsinə başçılıq edən Beyl bunu özü təsdiqləyib:

“Biz “Kardiff Siti”nin satın alınmasında həqiqətən maraqlıyıq. Bu, mənim doğma klubumdur, mən burada doğulmuşam, mənim əmim isi nə vaxtsa bu klub üçün oynayıb. Mənim üçün sahibkarlar dəstəsinin bir hissəsi olmaq, əsl xəyal olardı.

Bu klub mənim ürəyimdədir. Mən Kardifdə böyümüşəm və klubun inkişafında iştirak etmək və onu, yeri olduğu Premyer Liqaya qaytarmaq istərdim. Mən Uelsdə, “Kardiff Siti”nin necə möhtəşəm azarkeşləri olduğunu bilirəm. Birlikdə nəsə etmək əla olardı.
Biz klubla əlaqə qurmağa çalışırıq, gələcəkdə isə bu barədə daha çox məlumat olacaq. Ümidvaram, bizə, nəyisə gerəkləşdirmək müyəssər olacaq”, deyə Qaret Beyl bildirib.

Xatırladaq ki, 2024/2025-ci illər mövsümü “Kardiff Siti” üçün uğursuz keçib. “Maviquşlar” Çempionşipdə 24 komanda arasında sonuncu yeri tutaraq, birinci dəstəyə (EFL League One) yuvarlanıblar.

Избранный
28
1
arena.az

2Источники