Argentina təmsilçisi "Estudiantes" Türkiyənin "Qalatasaray" komandasından ayrılan qapıçı Fernando Musleranı transfer etdiyini açıqlayıb.
Apasport.az xəbər verir ki, bu barədə cənubi amerikalıların mətbuat xidməti məlumat yayıb.
39 yaşlı qolkiper 2025/2026 mövsümündə "Estudiantes"in şərəfini qoruyacaq.
Qeyd edək ki, Muslera 2011-ci ildən 2025-ci ilə qədər "Qalatasaray"da çıxış edib. O, 14 mövsüm ərzində ümumilikdə 550 matçda forma geyinib. Muslera "sarı-qırmızılar"la 8 dəfə Superliqanın, 5 dəfə Türkiyə Kubokunun, 6 dəfə Superkubokun qalibi olub.
“Real Madrid” futbolçusu üçün qiymət təyin etdi: 90 milyon avro
“Liverpul”un sabiq futbolçusunun yeni komandası müəyyənləşib
Fati bu həftə tibbi müayinədən keçəcək
"Beşiktaş"da İmmobile problemi - Təzminat tələb edir
“Arsenal” Qyökereşdən əl çəkmir