RU

Tramp NATO baş katibindən aldığı şəxsi mesajı yayımlayıb

ABŞ prezidenti Donald Tramp Truth sosial şəbəkəsində NATO-nun baş katibi Mark Ruttenin şəxsi mesajını dərc edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Mesajın interfeysindən belə görünür ki, yazışma Signal messencerinə bənzər platforma vasitəsilə aparılıb. Mesajda Rutte Trampa müraciət edərək onun daha bir böyük uğura imza atdığını qeyd edir.

“Bu asan olmadı, lakin biz onların hamısını müdafiə xərclərinə ÜDM-in 5%-ni ayırmaq barədə razı saldıq. Donald, sən bizi Amerika, Avropa və bütün dünya üçün çox vacib bir mərhələyə gətirdin. Sən, son onilliklərdə heç bir ABŞ prezidentinin edə bilmədiyini bacaracaqsan. Avropa artıq haqq etdiyi yüksək qiyməti ödəyəcək və bu, sənin qələbən olacaq”, – deyə NATO baş katibi mesajında bildirib.

Избранный
14
nocomment.az

1Источники