RU

Atletiko nun bəxti gətirmədi Serxio Aquero

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Atletiko Madrid"in və Argentina millisinin sabiq hücumçusu Serxio Aquero İspaniya təmsilçisinin klublararası dünya çempionatında 6 xal toplamasına rəğmən, qrupda qalmasına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Atletico Universal" belə çatdırıb:

"Atletiko"nun bəxti gətirmədi, çünki onlar iki qələbə qazanmışdılar. Top fərqinə görə 1/8 finala çıxa bilmədilər. Nə etmək olar ki... Onlar uzun mövsümü başa vurdular. Həmişə olduğu kimi, "Atletiko"ya hər şeyin ən yaxşısını arzulayıram. Axı mən orada oynamışam. Ümid edirəm ki, növbəti mövsüm onlar üçün daha yaxşı alınacaq".

Xatırladaq ki, "Atletiko"nun yer aldığı qrupdan növbəti mərhələyə PSJ və "Botafoqo" adlayıb.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
1
fanat.az

2Источники