RU

Xızıda “Infinity” aşıb, ölən var

Xızıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

Baş Dövlət Yol Polisi İdarəsindən “Report”un yerli bürosuna verilən məlumata görə, hadisə Məşədi Həsən qəsəbəsi yaxınlığında qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan 90-HH-960 dövlət nömrə nişanlı, “Infinity” markalı avtomobil yoldan çıxaraq aşıb, nəticədə sürücü hadisə yerində ölüb.

Məlumata görə qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Избранный
6
8
report.az

9Источники