RU

Azərbaycan “Parlamentdə Birinci Beynəlxalq Elmi Mədəni Görüş” adlı sərgidə təmsil olunub

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 25 iyun, AZƏRTAC

Peru Respublikasının Konqresində “Parlamentdə Birinci Beynəlxalq Elmi-Mədəni Görüş” adlı sərgi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə iyirmidən çox ölkənin səfirlikləri iştirak edib.

Sərginin açılış mərasimində Peru Konqresinin sədrinin ikinci müavini Valdemar Serron Roxas, konqresmen Flavio Kruz Mamami, konqresmen Elizabet Taipe Koronada, həmçinin Azərbaycan, Malayziya, Yaponiya və Boliviya səfirliklərinin nümayəndələri çıxış ediblər. Nümayəndəmiz çıxışında ölkəmizin zəngin mədəni irsi, turizm imkanları və təqaüd proqramları barədə iştirakçılara məlumat verib.

Azərbaycan stendi sərgi qonaqları tərəfindən böyük maraqla qarşılanıb. Burada Azərbaycanın zəngin mədəniyyəti və turizm potensialı nümayiş etdirilib, ölkəmizdə təhsillərini davam etmək istəyən perulular üçün mövcud təqaüd proqramları haqqında ətraflı məlumat təqdim olunub. Sərginin çoxsaylı qonaqlarının sualları cavablandırılıb və müxtəlif materiallar paylanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
21
3
azertag.az

10Источники