RU

Kiyevə hərbi yardım NATO-nun müdafiə xərclərinə daxil ediləcək

NATO-ya üzv dövlətlərin Ukraynaya göstərdiyi hərbi yardım onların müdafiə xərclərinə hesablana bilər və bu, adətən ÜDM-in 5 %-nə çatmalıdır.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Litva Prezidenti Qitanas Nauseda bildirib.

Nauseda qeyd edib ki, NATO-ya üzv ölkələrin müdafiə xərclərini artırmaq ambisiyaları əvvəlkindən qat-qat əhəmiyyətlidir: "Bu, Haaqa sammitinin ən mühüm nəticəsi olmalıdır", - Litva Prezidenti deyib.

Qeyd edək ki, 2024-cü ildə Litva hər il ÜDM-in 0,25 %-ni Kiyevə müdafiə və təhlükəsizlik ehtiyacları üçün ayırmağı öhdəsinə götürüb ki, bu da təxminən 190 milyon avro təşkil edir.

Избранный
28
2
report.az

3Источники