RU

Benfika Bayern i yenib yarımfinala yüksəldi, digər matç yarımçıq qaldı

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ-də keçirilən klublararası dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün C qrupunda üçüncü turun oyunları keçirilib.

"Benfika" Almaniya nəhəngi "Bayern Münhen"i 1:0 hesabı ilə yenərək qrup lideri qismində növbəti mərhələyə adlayıb. Yenilgiyə rəğmən, 6 xala malik "Bayern" də 1/8 finala yüksəlib.

Qrupun digər oyununda "Oklend Siti" və "Boka Xuniors" qarşılaşıblar. Amma bu oyun əlverişsiz hava şəraiti ucbatından hesab 1:1 olarkən yarıda qalıb. Bu görüşün nəticəsini nəzərə almasaq, hazırda "Boka Xuniors"un 1 xalı varsa, "Oklend Siti" xalsızdır. Bu isə sözügedən komandalar üçün mübarizənin istənilən halda başa çatdığı anlamına gəlir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
1
fanat.az

2Источники