RU

ABŞ administrasiyası məxfi brifinq keçirəcək

BAKI, 25 iyun. TELEQRAF

İyunun 27-də Amerika administrasiyası ABŞ Nümayəndələr Palatasının üzvləri üçün İran və İsrail ətrafındakı vəziyyətlə bağlı brifinq keçirəcək və orada bəzi məxfi məlumatlar açıqlanacaq.

Teleqraf xəbər verir ki, bu barədə Konqresin aşağı palatasının spikeri Mayk Conson məlumat verib.

"Ağ Evin mənə indicə təsdiqlədiyi kimi, cümə günü hər iki partiyanın bütün Nümayəndələr Palatasının üzvləri üçün məxfi brifinq keçiriləcək. Administrasiya rəsmiləri İsrail və İran ətrafındakı vəziyyətlə bağlı son məlumat verəcəklər", - o, X-də deyib.

Избранный
28
teleqraf.com

1Источники