RU

"Yerusalem Post": Tramp və Netanyahu arasında danışıqlar çox sərt olub

BAKI, 25 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahu ilə İranla atəşkəs üzrə danışıqları gərgin olub.

Teleqraf xəbər verir ki. bu barədə İsrailin "The Jerusalem Post" qəzeti məlumatlı mənbəyə istinadən yazıb.

Mənbə bildirib ki, Tramp Netanyahu ilə telefon danışığı zamanı səsini qaldıraraq ondan İrana hücumu dayandırmağı tələb edib.

Mənbə deyib: "Tramp əsəbi olub və Netanyahudan hücumu dərhal dayandırmasını istəyib. Netanyahu danışa bilməyib və ABŞ prezidentinə minnətdarlığını bildirməklə kifayətlənib".

Mənbə onu da bildirib ki, Tramp İranla atəşkəsi şəxsi nailiyyət hesab edib və heç kimə onu pozmağa imkan verməyəcəyini açıqlayıb.

Öz növbəsində Britaniyanın "The Telegraph" qəzeti də Trampın Netanyahu ilə birbaşa sərt tonda danışdığını yazıb.

Избранный
10
teleqraf.com

1Источники