RU

DÇ: Daha 4 komanda pley-offa vəsiqə qazanıb - YENİLƏNİB

Klublararası Dünya Çempionatında qrup mərhələsinin üçüncü turunun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, bu gün C və D qrupuna yekun vurulacaq.

C qrupunda baş tutan qarşılaşmada “Bavariya” ilə “Benfika” üz-üzə gəlib. Gərgin keçən oyunun taleyini cəmi bir qol həll edib. Portuqaliya təmsilçisi rəqibini minimal hesabla məğlub edərək qrupu lider kimi başa vurub.

Qrupun digər görüşündə isə "Oklend Siti" "Boka Xuniors"la üz-üzə gəlib. Qarşılaşmada qalib müəyyənləşməyib. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.

D qrupunda “Çelsi” “Esperans Tunis”lə qarşılaşıb. Görüş ingilislərin üstünlüyü ilə başa çatıb - 3:0. “Flamenqo”-“Los Anceles” qarşılaşması isə heç-heçə ilə nəticələnib. 

Beləliklə, "Benfika" və "Bavariya" ilə yanaşı, "Flamenqo" və "Çelsi" də pley-offa vəsiqə qazanıb. 

Klublararası Dünya Çempionatı

Qrup mərhələsi, III tur

24 may

C qrupu

23:00 Oklend Siti – Boka Xuniors 1:1

23:00 Benfika – Bavariya 1:0

D qrupu

05:00 Esperans Tunis – Çelsi 0:3

05:00 Los Anceles – Flamenqo 1:1

“Araz-Naxçıvan”ın rəqibindən yeni transfer

DÇ: “Palmeyras” və “İnter Mayami”dən qələbə, PSJ bacarmadı - YENİLƏNİB

Messi yenə səhnədə: Cərimə zərbəsindən baxımlı qol - VİDEO

KDÇ: “Palmeyras” - “Əl Əhli” oyunu yarımçıq dayandırıldı

DÇ: “Real” “Əl-Hilal”la bacarmadı

Избранный
9
2
apasport.az

3Источники