Finss.az - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti avqustun 7-də yer təkindən istifadə ilə bağlı hərrac təşkil edəcək.
Hərraca çıxarılacaq üç faydalı qazıntı yatağı Dövlət Xidmətdən bildirilib.
Hərraca çıxarılacaq yataqlar bunlardır:
-
Balakən rayonu, “Katexçay” qum-çınqıl yatağı (1 lot)
-
Oğuz rayonu, “Muxas-Daşağılçay” qum-çınqıl yatağı (4 lot)
-
Oğuz rayonu, “Nic” gil yatağı (1 lot)
Yataqların başlanğıc qiyməti 1 725 manat ilə 16 100 manat arasında dəyişir. İddiaçılar müvafiq sənədlərini 31 iyul 2025-ci il, saat 18:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospekti 38C, 1969-cu məhəllə (Bakı KOB evi) ünvanına təqdim etməlidirlər. Vaxtından gec təqdim edilən sənədlər açılmadan geri qaytarılacaq.
Hərracla bağlı əlavə məlumat, xidmət haqqı və 10% beh ödənişi barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə müraciət etmək mümkündür. Hərrac Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsində keçiriləcək.